Reaksiyanın profillərə görə anatomiyası



Hər insanın hadisələr verdiyi münasibət və reaksiyalar fərqlidir. Adi bir növbədə ən azı 14 insan reaksiyasına şahid olmaq mümkündür. Buna əsasəndə, insanlarla ünsiyyət zamanı hər kəsin fərqliliiyini, dünyagörüşünü nəzərə almalı, onları olduğu kimi qəbul edərək ünsiyyət qurmalıyıq.
  1. Klassik reaksiya: “Növbəyə keç qardaş.”
  2. Neoklasik reaksiya: “Qardaşım növbə var!”
  3. Realist reaksiya: “Növbə var.”
  4. Sürrealist reaksiya: “Bunlardan ikisinin ağzını dağıdasan, bax gör bir də növbəni pozan olarmı?”
  5. Romantik reaksiya: “Cənab yəqin növbəni görmədiniz.”
  6. Müasir reaksiya: “Bizim millət təhsilsizdir. Halbuki Avropa da...”
  7. Postmodern reaksiya: “Növbə var axı, korsan!”
  8. Barışdırıcı reaksiya: “Tələsik işi olmasa önə keçməzdi, deyinməyin...”
  9. İnqilabçı reaksiya: “İnfrastruktur problemləri həll edilmədən camaat növbə gözləməyəcək. İnqilab olduqda hər kəs qaydalara riayət edəcək.”
  10. Talehçi reaksiya: “İki dəqiqə çox gözləməklə heç kəs ölməyib. Qismət olsa hamımızın işi düzələcək.”
  11. Filosofcu reaksiya: “Ön və arxa anlayışları nisbidir. O tərəfin ön tərəf olduğuna kim qərar verdi? Önə keçdiyini zənn edən, əslində arxaya keçmiş ola bilər.”
  12. Pessimist ekzistensializt reaksiya: “Hər kəs bir gün öləcək. Şərəfli bir şəkildə gözləyin. Bir gün o adam da öləcək.”
  13. Optimist ekzistensializt reaksiya: “boş-boşuna hirslənməyin, bu anın qiymətini bilməyə çalışın. Baxın yaşayırsız və bəziləri önünüzə keçə bilir.”
  14. Humanist reaksiya: “İnsanlıq bütövdür. Birimiz hamımız, hamımız birimiz üçün çalışmalıyıq. Bu səbəbdən birimiz önə keçəndə, əslində hamımız önə keçmiş oluruq.”