Lütfi Zadə - 95


Bugün hər birimizin qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lotfi Zadeh-nin 95 yaşı tamam olur. Onun adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət etməkdədir.

Ancaq hər şey təbliğatdan asılıdır. Bu gün çox təəssüflər olsun ki, orta statistik Azərbaycanlıdan tutmuş, hətta özünü ziyalı təbəqənin nümayəndəsi sayanların böyük əksəriyyəti nəinki Lütfi Zadəni, burdan-bura Rafig Aliyev kimi Azərbaycanda olan böyük alimlərimizi tanımır.

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.

O öz növbəsində vətənini, xalqını çox sevir. “Heç zaman azərbaycanlı olduğumu gizlətməmişəm, əksinə, bununla qürur duymuşam” deməklə bir daha millətinə nə qədər bağlı olduğunu nümayiş etdirir.