Əskinas, Əsginas, Əsginaz, Hansı düzgündür?


Bu söz gün ərzində fərqli formalarda qarşımıza çıxır - əsginas, əsginaz, əskinas. Mərkəzi Bankın rəsmi saytında da belə yazılıb: əskinas. Son dövrlər çapdan çıxmış "Tarix terminləri lüğəti"ndə (2017-cil) və “İbtidai siniflər üçün terminlər lüğəti”ndə (2016-cı il) isə əsginaz olaraq qeyd olunub. "Azərbaycan dilinin izahlı lüğəti"ndə (1997) əsginas variantı yer alır. Həmçinin Microsoft dil paketində də sözü yanlış yazdıqda əsginas olaraq düzəldilməsini təklif edilir. 

Bəs hansı düzgündür? Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun lüğətçilik şöbəsi 2012-ci ildə açıqlama verərək bildirib ki, 2004-cü ildə "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə əsginaz variantı verilməsi səhv olub: "Bu söz S hərfi ilə yazılmalıdır. Yeni lüğətdə düzgün yazılış veriləcək: əsginas". 


Ancaq bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində mənbə dildəki yazılışın əsas götürülməsi əsas alınaraq bu sözün k hərfi ilə yazılması məqsədəuyğun sayılır və əsginas yerinə ƏSKİNAS olması qeyd olunub. 

1 şərh:

Write şərh
Elmaz
AUTHOR
12/12/18 15:22 delete

Əskinas düzgündür yəqinki

Reply
avatar