Biznes qaydalarını dəyişən Piter Draker


Müasir menecment nəzəriyyəsinin banisi Piter Draker (Peter Drucker) haqqında Azərbaycan dərsliklərində hər hansı məlumat verilməsə də, O, idarəetmə, təşkilatçılıq, iş strategiyası, liderliyin inkişafı  və işçilərin motivasiya edilməsi məsələlərində biznes qaydalarını dəyişən bir ekspert olmuşdur.
Xüsuilə özəlləşdirmə, hədəflərlə idarəetmə və davamsızlıq kimi konsepsiyaların yaradıcısı və müasir idarəetmə ideyasına qazandıran şəxsdir. İdarəetmədə desentralizasiya anlayışını tanıtması ilə böyük şöhrət qazanmışdır.

Peter Ducker-a məxsus dəyərli fikirlərdən bir neçəsini sizinlə bölüşürəm;

§  Hər hansı bir təşkilatda insanlar üçün vəzifə almaq işlərini müvəffəqiyyətlə yerinə yetirməkdən daha vacib hala gəlibsə, təşkilat risk almaqdan çəkinib yalnız edilən nöqsanları araşdırırsa, əməkdaşlar güclü xüsusiyyətlərini inkişaf etdirməkdən çox zəif yönlərinin inkişafıyla məşğuldurlarsa, şəxsi münasibatlər performans və müvəffəqiyyətdən daha əhəmiyyətli hala gəlibdirsə o təşkilat xəstədir.
§   Beş ölümcül günah:
“İlk günah, yüksək mənfəət marjı və artıq qiymətləndirməyə sitayiş etməkdir.
İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır.
Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir.
Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir.
Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.”
§  “Məlumatın ustası olmasan qulluqçusu olarsan.” Yəni rəhbərlər məlumatı daha yaxşı başa düşməyi, analiz və idarə etməyi bilmək məcburiyyətindədir.
§  “Marketinqin məqsədi müştərini tanımaq və anlamaqdır ki,  müştəriyə uyğunlaşan özü özünü satan məhsul istehsal edilə bilsin.”
§  “Müəssisələrin iki əsas funksiyası vardır: Marketinq və innovasiya. Digər funksiyalar hamısı bu ikisi üçündür. Bu ikisi qazancdır- gətirir; Digərləri xərcdir, aparır.”
BİRİNCİ